Gündəm
General-mayor Bəkir Orucov saxlanılıb
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. APA xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]