Ölkə

Tofiq Yaqublunun səhhəti ilə bağlı Prezidentə müraciət etdi

“Tofiq Yaqublunu ümumi müayinə etdik. Xeyli arıqlayıb, çəki itirib. O, çox mətin insandır, səhhətində baş verənləri büruza verən deyil. Təbii ki, ona aclığı dayandırmağı təklif etdim. Tofiq Yaqublu isə aclığı davam etdirməkdə israrlıdır. Bu, ölüm aclığı kimi bir şeydir. Su və duz qəbulu mütləqdir, amma Tofiq bəy suyu da düzgün qəbul etmir. Bu da onun zəifləməsinə gətirib çıxarıb”.

Analoq.az- ın xəbərinə görə, bunu Müsavat partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublunu müayinə edən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

“Vəziyyəti ona izah etdik, həyatı üçün çox ciddi təhlükənin olduğunu bildirdik. İnsan hərəkət edə bilər, amma ürək qəfildən dayana bilər. Onun yaşı, Qarabağ döyüşlərində iştirakı-travmalar alması, bir müddət öncə, əməliyyat keçirməsi vəziyyəti daha da çətinləşdirir. Ondan xahiş etdim ki, heç olmazsa, sizə venadaxili infuzi edək, razılaşdı, bir litr maye, vitaminlər köçürdük. Bu, həm də ilkin tibbi yardımdır. Tofiq bəy aclığı dayandırsaydı, daha yaxşı olardı, amma o, bunu etmədi. Həkim kimi situasiyanın ciddi olduğunu bir daha bəyan edirəm. Siyasi hakimiyyətdən, Prezident İlham Əliyevdən xahiş edirəm ki, Tofiq bəy barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılmasına yardımçı olsun” – A.Qeybulla qeyd edib.pravda.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button