Dünya

İsrail BƏƏ-də səfirlik açdı İsrail BƏƏ-də səfirlik açdı

İsrail Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirlik açıb.”Qafqazinfo”nun xəbərinə görə, İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirlik tam yerləşənədək müvəqqəti ofislərdə xidmət göstərəcək.

Eytan Naeh səfir təyin olunub və artıq vəzifəsinin icrası üçün Əbu-Dabiyə yollanıb. Rəsmi açılışın isə bir neçə gün içində baş tutacağı bildirilib.

Vurğulanıb ki, Əbu-Dabidə səfirliyin açılması 15 sentyabr 2020-ci ildə imzalanan əlaqələrin normallaşdırılması anlaşmasının tərkib hissəsidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button