Redaktor seçimi

“Natura” adlı arağın Ağsuya aidiyyatı varmı?-VİDEO

Bir neçə gün bundan öncə Analoq.az saytının elektron adresinə daxil olan şikayət bizə bu məqaləni dərc etməyə zəmin yaratdı.Beləki “Natura” adlı arağı alıb içən şəxsin ürəyi bulanıb, mədəsi sancılanıb və digər narahatlıqlar yaşayıb.

Adıçəkilən araqla bağlı araşdırma aparan Analoq.az saytının baş redaktoru Savalan Talıblı “Natura” adlı arağın “AĞSU” markasından istifadə etdiyini bildirib.

Jurnalist video çəkərək qeyd edib ki, “Natura” adlı arağın arxa hissəsinə böyük hərflərlə “AĞSU” yazılıb: “Altında isə xırda hərflərlə bulaqlarının suyundan hazırlanmış sözləri əlavə edilib. Alan adam, hətta, satıcı da elə bilir ki, bu “Ağsu” zavodunun məhsuludur. Amma, bu, əslində, “Ağsu” arağı deyil. Hansısa sexdə hazırlanmış məhsuldur. Butulkanın üzərində istehsalçı şirkətin əlaqə vasitələri qeyd edilmədiyindən bu da qoyulmuş qaydalara və istehlakçı hüquqlarına ziddir. Bu məhsulun saxta, və ya keyfiyyətsiz olduğuna ciddi şübhələr yaranır. Yəqin ki, müvafiq orqanlar, xüsusən, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı lazımi tədbirlər görəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Daha çox
Back to top button