Siyasət

Türkiyənin “Pəncə Qartal-2” əməliyyatı: hədəf Sincardır…

– Dünən gecə saatlarında başlanan əməliyyatın əsas mərkəzi İraqın Qara bölgəsidir;

– PUA-lar və kəşfiyyat məlumatları ilə terrorçuların müəyyən edilən mövqeləri hava hücumu ilə darmadağın edilir;

– Hava əməliyyatının ardınca quru əməliyyatının başlayacağı gözlənilir: xüsusi təyinatlı qüvvələr bölgəyə çıxarılacaq;

Qara bölgəsindəki əməliyyatın əsas hədəfi Sincara çıxış əldə etməkdir.
PKK-nın “yeni Qəndil” etmək istədiyi İraqın Sincar bölgəsi Türkiyənin Silopi vilayətinin təxminən 100 kilometr cənubunda yerləşir. Bölgə niyə əhəmiyyətlidir:

– Ərazi dağlıqdır və terrorçular üçün sərfəlidir.

– Təhlükəsizlik baxımından Qəndil qədər olmasa da, PKK üçün önəmli məkandır.

– Bölgədə etnik və dini müxtəliflik var.

– PKK-nın yeni adam toplaması üçün potensial qaynaq hesab olunur.

– Terror təşkilatı vaxtilə xarici güclərin, xüsusilə ABŞ-ın dəstəyi ilə bölgədə müdafiə nöqtələri inşa edib, hətta ABŞ tərəfində dizayn edilən təlim düşərgələri də var;

– Ən önəmlisi isə Sincarın İraq və Suriyadakı terrorçuların əlaqə yaratdığı bölgə olmasıdır: Türkiyə Sincara daxil olmaqla, PKK-nın Suriya qanadı PYD/YPG ilə əlaqəsini kəsə və terrorçulara İraq və Suriyada ayrı-ayrılıqda zərbələr endirə biləcək; Gara bölgəsinə paralel olaraq, terrorçuların Suriadakı mövqelərin bomblanması da buna hesablanıb;

Asif Nərimanlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button