Cəmiyyət

Millət vəkilləri bayram zənbili üçün nə qədər pul xərclədi- SORĞU

“Bayram zənbilinin qiyməti nə qədər oldu, bazarlarda olan qiymətlərdən razısınızmı” sualını Analoq.az olaraq bir neçə millət vəkilinə ünvanladıq. Suallara səmimi cavab verənlərlə yanaşı , zənglərimizi cavabsız qoyanlar da oldu. Sorğunun nəticələrini olduğu kimi təqdim edirik :

Zahid Oruc : Cavab vermədi

Qüdrət Həsənquliyev Nömrəsinə zəng çatmadı

Qənirə Paşayeva : Cavab vermədi

Məlahət İbrahimqızı:

Bayram üçün xüsusi bazarlıq etmədim.Soyuducumda olanlardan istifadə edib,adi günlərdə olduğu kimi qeyd edəcəm.Qaldı ki, bazarlarda olan qiymətlər biabırçı vəziyyətdir. Vəziyyətdən istifadə edənlər qiymətləri süni şəkildə artırıblar. Rayonlarda vəziyyət ürək açan olsa da , Bakıda bunu demək çətindir. Düşünürəm ki, buna qarşı hər birimiz mübarizə aparmalıyıq.

Fəzail Ağamalı:

Təbii ki hər il olduğu kimi artımlar var.Mən özüm 12 nəfərlik ailə üçün 180 -200 manat civarında pul xərcləmişəm. Düşünürəm bu məbləğ bayram zənbili üçün kifayətdir.

Aqiyə Naxçıvanlı: Cavab vermədi

Aqil Abbas :

Süni qiymət artımları bayram ərəfələrində qanımıza işləyib. 250-300 manat miqdarında bayram zənbilinə pul xərcləmişəm. Düşünürəm ki , istənilən azərbaycanlı ailəsində bu pulu xərcləmək normal məbləğdir.

Elman Nəsirov:

Millət vəkillərini xüsusi fərqləndirməyə ehtiyac yoxdu. Xalqın içindən çıxan insanlarıq. Bir Azərbaycan ailəsinin xərclədiyi pul nə qədərdirsə məndə 5 nəfərlik ailə üçün o qədər pul xərcləmişəm.
Bayramı rayonda keçirib ,seçicilərimlə görüşəcəm. Bazarda olan qiymətlərlə bağlı onu deyə bilərəm ki,artımlar hiss olunur. Ancaq möhtərəm prezidentimizin sosial rifahın yaxşılaşması üçün atdığı addımlar,imzaladığı sərəncamlar bu artımlara qarşı insanlar üçün kömək olur.Nəzərə alaq ki, əmək haqları da artırılıb.

Əli Məsimli : Cavab vermədi

Bayram günü zənglərimizə cavab verməyən hörmətli millət vəkillərimizin bayram zənbillərinin qiymətlərindən xəbərdar ola bilməsək də , onları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edirik.

Sərastan Bəşirov
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 4.7]

Back to top button