Manşet

“Natəvanın cəsədi geri qaytarılmalıdır” – İlahiyyatçı

Xurşidbanu Natəvanın cəsədinin (ola bilsin sümüklərinin) oğurlanması ermənilərin bir daha murdar və barışmaz xislətini ortaya qoydu. Vatikan, Avropa birliyi, ATƏT, BMT kimi təşkilatlar xaçpərəst təəssübkeşliyindən qurtularaq bu kimi məsələlərdə obyektiv münasibət sərgiləməlidirlər.

Bu olay xalqımıza qarşı, İslam dininə qarşı namus təhqiri hesab ediləcək vandalizmdir. Qəbir açmaq dinimizə görə haramdır. Qadının qəbrini açmaq isə ikiqat haramdır.

Cəsədin geri qaytarılması təmin edilməlidir. Ermənilər İslam dininə qarşı yol verdikləri təhqirlərlə yanaşı eyni zamana Xristian dininə qarşı da təxribat törədirlər. Xristianlığı dünyada qəbireşən, məzar dağıdan inanc kimi qələmə verirlər. Çünki ermənilər bu vadallığı heç şübhə yoxdur ki, öz keşişlərinin “xeyir-duası” ilə edirlər.
Ölkəmizdəki xristian icmaları bu kimi məsələlər ilə bağlı aktiv olaraq dünya xristian dini rəhbərlərinə müraciət etməlidirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri tam tolerant şəkildə yaşayır və ibadət edirlər. Odur ki, bu dinlərin nümayəndələri digərlərinin ölüsünə və dirisinə qarşılıqlı hörmət göstərməyə bir növü borcludurlar.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, İlahiyyatçı-yazar

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button