Cəmiyyət

Azərbaycan sürətlə su qıtlığına doğru gedən ölkələr sırasındadır – RƏSMİ

“Dünyada su qıtlıqı ilə bağlı tendensiya var. Azərbaycan da sürətlə su qıtlığına doğru gedən ölkələr sırasındadır”.Analoq.az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.

O bildirib ki, söhbət həm də fiziki su qıtlığından gedir:

“Bilirsiniz ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkənin kənarında formalaşır. Beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, həm də iqtisadi su qıtlığı var. Bu o deməkdir ki, resurslar var, lakin resursların istehlakçıya çatdırılması üçün maliyyə vəsaiti yoxdur. Odur ki, su qıtlığı məsələsi milli maraqlar çərçivəsində rol oynayır.

Tariflərin indeksiyası bu istiqamətdə çətinliklərin aradan qaldırılması istiqamətində ən əlverişli metodlardan biridir. Dayanaqlı, keyfiyyətli su təchizatının təminatı üçün bu vacib məqamlardan biridir.

Qeyd edim ki, böyük coğrafiyada infrastrukturun yetərsizliyi şirkət qarşısında ciddi problemlər yaradırdı. Tariflərin artımından əldə olunan vəsait isə bu problemlərin aradan qaldırılmasına xidmət edəcək”.

“İnvestisiya proqramı dövlət büdcəsində təsdiq olunub. Lakin onun bölgüsü hələ təsdiqlənməyib. Belə ki, “Azərsu” ASC-nin gəlirlər və xərclər smetasının baş maliyyə planında bunun bölgüsü yoxdur. Bu bölgü həyata keçirildikdən sonra ilkin mərhələdə hansı istiqamətlərdə su və kanalizasiya təchizatının qurulması barədə məlumat vermək mümkün olacaq. Bu məsələ hələ ki, gündəmdə deyil”, – deyə o qeyd edib.oxu.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button