Ədəbiyyat

Bircə maaş qalxmadı-Vüqar Əhməd

Benzin qalxdı, su qalxdı,
Bircə maaş qalxmadı.
Məmurlar orden taxdı,
Bircə maaş qalxmadı.
Nazirl yandırdı, yaxdı,
Milyonluq saat taxdı,
Nefti inəktək sağdı,
Bircə maaş qalxmadı.
Alim ölüdür, sağdır?
Almadı bir kəs vecə,
O, sübhəcən oyaqdı,
Necə olacaq, necə?
Dilənmə professor,
Dilənmək sənə çox zor,
Gözlərinə gəlib tor,
Bircə maaş qalxmadı.
Ən aşağı məvacib-
Sənin qismətindədir,
Başın dolu, boşdu cib,
Əzab külfətindədir.
Seçsələr akademik,
Sən də bir gün- görərsən.
2-3 min pul alıb,
Yavaş- yavaş yeyərsən.
Əsil elmi tulla, at,
Sən də yaz plagiat,
” Şedevrlər” gəl yarat,
Bircə maaş qalxmadı.
Şükr aldıq torpağı,
Qovduq biz yad qonağı,
Qaldırmışıq bayrağı,
Bircə maaş qalxmadı.
Danış susma, olma lal,
Məddahlıq et, al medal,
Mükafatlar dalbadal,
Neyləyirsən maaşı?
Qəm hayqıran ozan yox,
Süfrənizdə qazan yox,
Kürü nədir, sazan yox,
Bircə maaş qalxmadı.
Təmənna heç bilmədin,
Bir ürəkdən gülmədin,
Sifət var ha, ölmədin,
Bircə maaş qalxmadı.
Bu şeir çap olunsa,
Düşəcəm mən radara,
Haqqı söylə, haqq ara,
Bircə maaş qalxmadı.
Deyinmədim xəlvəti,
Çox çəkmişik zəhməti,
Dinlə Vüqar Əhmədi:
Bircə maaş qalxmadı.

Vüqar Əhməd

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 4 Ortalama: 2.5]

Back to top button