Ölkə

Ramiz Mehdiyev və Fatma Abdullazadə 79 milyonu qaytarmır – ŞOK FAKT

Adı illərdir müxtəlif maliyyə maxinasiyalarında, büdcə vəsaitlərinin mənimsənilməsində və müxtəlif korrupsiya əməllərində hallanan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqda daha bir fakt üzə çıxıb.KONKRET.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Ramiz Mehdiyev və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə tərəfindən “Şərq-Qərb” MMC adından artıq ləğv olunmuş Qafqaz İnkişaf Bankı vasitəsilə 79 milyon manat kredit götürülüb. Lakin kredit bu günə qədər geri qaytarılmayıb.

Hazırda bu fakt ətrafında iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və araşdırma aparılır.

Xatırladaq ki, Azərbaycanın ən böyük nəşriyyatlarından biri olan “Şərq-Qərb” nəşriyyatı da Ramiz Mehdiyevə məxsusdur. Verilən məlumatlara görə, AMEA-nın əksər nəşrləri bu nəşriyyata həvalə edilir. Əlbəttə, bu prosesdə külli miqdarda vəsaitlər mənimsənilir. Və bütün bunları araşdırmaq sözsüz ki, hüquq-mühafizə orqanlarının işidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button