GündəmSağlamlıq

TƏBİB-dən “WhatsApp”da koronavirusun yeni ştammı ilə bağlı yayılan səs yazısına reaksiya

“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb.

İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur. TƏBİB-in məsələ ilə bağlı açıqlamasında bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir. Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb. Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub.

Fövqəladə Hallar Nazirliyi isə Zığdakı modul tipli hospitalda uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə yayılan xəbərləri təkzib edib.

Yeri gəlmişkən, bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına start verilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button