Ölkə

Qarabağda 24 min partlayıcı zərərsizləşdirilib

“Rusiya sülhməramlıları minaların təmizlənməsi və yaşayış məntəqələrinin kənarlarının təmizlənməsi zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən havada ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər”.

Analoq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunub ki, 23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 859,3 hektar ərazini, 245,8 km yolları, 962 mənzil tikintisini, o cümlədən 27 sosial əhəmiyyətli obyektləri təxminən 24 mini aşkar edilmiş və zərərsizləşdirilmiş partlamamış hərbi sursatlardan təmizləyib.

“Aşkar edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursat partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra yerindəcə məhv edilir”, -deyə açıqlamada vurğulanıb.qafqazinfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button