Ölkə

Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir.

Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək deyib ki, muxtar respublikada heyvandarlıq təsərrüfatlarının yaradılmasına verilən dəstək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına səbəb olub. Həyata keçirilən tədbirlərin davamı kimi Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikilib. Yaradılan şərait rayon baytar həkimlərinin üzərlərinə düşən vəzifələri daha keyfiyyətlə yerinə yetirmələrinə imkan verəcəkdir. Muxtar respublikada özəl baytarlıq müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidə ilkin olaraq Sədərək rayonunda başlanılıb. Artıq Naxçıvan şəhəri, Kəngərli və Ordubad rayonlarında özəl baytarlıq xidmətləri fəaliyyət göstərir. Kəngərli rayonunda aparılan tədbirlərin nəticəsidir ki, hazırda epizootik vəziyyət stabildir. Vəli Novruzov yaradılan şəraitə görə kollektiv adından  minnətdarlıq edib.

Kəngərli Rayon Baytarlıq İdarəsinin epizootik həkimi Gülnur Babayeva minnətdarlıq edərək deyib: “Əvvəllər rayonumuzda baytarlıq xidməti üçün əlverişli şərait mövcud deyildi və baytar həkimləri köhnə binalarda fəaliyyət göstərirdilər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button