Redaktor seçimi

İstedadlı rejissor 60 yaşını qeyd edir-FOTOLAR

Aztv-nin əməkdaşı istedalı rejissor Tahir Salmanov bu gün 60 yaşını qeyd edir.

Uzun müddətdir Azərbaycan radiosunda fəaliyyət göstərən Tahir Salmanov geniş dinləyici auditoriyasının rəğbətini qazanmış “Ağnağaz”,” Ocaq başı”,”El havası”,”Xeyrə qənşər”,”İlmə”,Dastandan üzü bəri”, “Tərəkəmə” kimi verilişlərin rejissorudur.

Tahir Salmanov rejissorluqla yanaşı dinləyici qəlbində taxt qurmuş müğənnidir. Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifini bitirən Tahir Salmanov mərhum muğam ustaları, Hacıbaba Hüseynov, xalq artisti Ağaxan Abdullayev,əməkdar artist Sahib Şükürov, muğam ustası Vahid Abdullayev, Nəriman Əliyev kimi ustad sənətkarlardan da muğamın və ifaçılıq sənətinin sirrlərini öyrənib.

Mərhum xalq artisti Məmmədbağır Bağırzadədənin layiqli davamçısı sayılan Tahir Salmanov xalq və bəstəkar mahnılarının da mahir ifaçısıdır.

Analoq.az adından istedadlı rejissor Tahir Salmanovu təbrik edir,uzun ömür can sağlığı,yaradıcılıq uğurları arzu edirəm.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button