Manşet

“Ruslanın “sayğac əməliyyatı” davam edir”-TANINMIŞ JURNALİST

Tanınmış jurnalist, konkret.az saytının baş redaktoru Fadil Paşayev “Facebook” sosial şəbəkəsində “Azəriqaz” İstehsalat Birliyini sərt tənqid edib.

Baş redaktor qoşulan yeni qaz sayğaclarının əhali tərəfindən narazılıqla qarşılandığını, həmin sayğaclarının sərfiyyatdan artıq borc yazdığını, yeni qaz sayğaclarının quraşdırılmasına ehtiyac olmadığını və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin də fəaliyyətindən narazılığını bildirib.

Analoq.az həmin statusu olduğu kimi təqdim edir:

Deməli, bu məmur camaatı yığıb boğaza. “Azəriqaz”-ın rəhbərini deyirəm. Yeni sayğaclar quraşdırır. Bilmirəm, buna nə ehtiyac var?! Dünən dayımgildə idim. Ceyranbatanda. Qonşular qarışıq hamı narazılıq edir. Yeni sayğaclar o qədər çox pul yazıb ki, insanlar bilmir dərdlərini kimə söyləsin! Mənə dedilər bu işə necə əncam çəkmək olar. Çiynimi çəkib, gözlərimi döydüm. Qayıtdım ki, hər gün media orqanlarında qabırğasına döşəyirlər. Onun üçün bu tənqid və iradlar milçək vızıltısıdır. İşiniz qalıb Allaha! Dövlət başçısı da bilsə, buna əncam çəkəcək. Nə isə… Ruslanın “sayğac əməliyyatı” davam edir…


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Daha çox
Back to top button