Redaktor seçimi

Tanınmış jurnalistin əmisi dünyasını dəyişdi

Tanınmış jurnalist Rövşən Rəsulovun əmisi Rəhim Rəsulov rəhmətə gedib. Bu barədə jurnalist özü Facebook sosial şəbəkəsində məlumat verib.

Jurnalist qeyd edib ki , bu gün böyük əmim Rəhim Rəsulov uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşdu. Rəhim Rəsulov Azərbaycanda idmanımızın inkişafına, yeniyetmə və gənclərimizdə vətənpərvərlik ruhunun aşılanmasına kifayət qədər öz töhfəsini vermiş mükəmməl pedaqoq və ziyalılarımızdan biri idi.

O, ömrünün son anlarına qədər missiyasına sadiq qaldı, daim yetişdirdiyi idmançıları diqqətində saxladı, uğurlu gələcəklərinin müəyyənləşməsi yönündə onlar üçün mayak rolunu oynadı.

Rəhim müəllim Azərbaycan Qol Güləşi (Armreslinq) Federasiyasının təsisçisi və prezidenti kimi fəaliyyət göstərib. Sonradan bu vəzifəsini gənclərə təhvil verərək Federasiyanın fəxri prezidenti kimi qalıb.

Rəhim Rəsulov əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olduğu üçün hər zaman öz yurdu üçün alışıb-yanıb. Bu baxımdan, onun da tövsiyəsi daxil olmaqla digər təşəbbüskarları ilə birgə İRƏVAN futbol klubunun yaradılması istiqamətində bütün imkanlarını səfərbər edib. Təəssüf ki, o bütün planlarını axıra qədər realizə edə bilmədi, ömür vəfa etmədi. Lakin bu gün onun arzularını reallaşdıracaq yüzlərlə sağlam ruhlu gənclər var.

Allah Sizə rəhmət eləsin, ağsaqqalım və əmim, ruhunuz şad, yeriniz cənnətməkan olsun, amin!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button