Ölkə

Ziya Məmmədov da istintaqa çağırıldı

Dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür.Modern.az xəbər verir ki, ilin əvvəlindən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, “Baku Stell Comany” MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs ediliblər.

Xatırladaq ki, 2013-cü-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Dövlət hakimiyyətində mühüm vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə cəmiyyətin gündəmindən düşməyiblər. Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, onlar müxtəlif yollarla cinayət təqibindən yaxa qurtarmışdılar.

Məlumatlı mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxlardan da yan keçməyəcək. Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.

Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrusiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər.

Məlumatlı mənbə dövlətə külli miqdarda zərər vurmuş oliqarxların heç birinə güzəşt edilməyəcəyini vurğulayıb.

“Ölkəyə böyük pulların gəldiyi vaxtlar dövlət vəsaitlərini çapıb-taladılar, mənimsədilər, özlərinə burada və xaricdə topdağıtmaz var-dövlət yığdılar. Amma indi hesab vaxtı çatıb, kimin cinayəti varsa, cəzasını da alacaq” – deyə mənbə vurğulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button