Ədəbiyyat

“Biz qonağıq bu dünyada hamı bilir, pislik edir”-VÜQAR ƏHMƏD

İnsan oğlu

Çiy süd əmmiş insan oğlu mal- dövlətə necə həris,
Ey insanlar, bir düşünün, yeri- göyü bürüyüb sis,
Ey zənginlər, ey dövlətli , yardım eylə, olma xəsis,
Dünya necə pərişandır, bağrı qandır, pis zamandır.

İnsan oğlu bir- birinə sanki düşmən, olub qənim,
Sonu noldu, Allah bizə rəhm etmədi, oldu qənim,
Bəlkə bir az sərt olmayaq, ” can” –
deyək biz, olaq həlim,

Günlərimiz necə qəmgin,xəstəliklər çox yamandır.
Cəfa çoxdur, etibar yox, ruzi atlı, biz piyada,
Xoşbəxtliyə əl çatmayır, o dənizdə uzaq ada,
Millətimiz bölünübdür yerlilərə, tayfalara, doğma- yada,

Yollarımız eniş- yoxuş, göylərimiz çən- dumandır.
Əlimizdən o gəlir ki, dua edək Rəbbimizə,
Bəlkə Allah rəhm eyləyib nur çiləyə qəlbimizə,
Gözəl günlər bəxş eləyə bu nigaran ömrümüzə,

Dünya bizdən üz döndərib, doğma deyil, yad cahandır.
Biz qonağıq bu dünyada hamı bilir, pislik edir,
Bu ölümlü bir dünyada bir- birinə pislik edir,
Düşmənlər də sülh istəmir, qan tökərək tərslik edir,

Düz insan bir təbərrikdir, bir övliya, bir şamandır.
Çoxlarının içi şeytan, sözləri də ağ yalandır,
Biz dəryada , batmaq üzrə, ümidimiz bir samandır,
Acı tale, acı sözlər, yaydan cıxan bir kamandır,

Arzumuzun yollarında həm qasırğa, həm tufandır,
Allahıma dualarım bir məlhəmdir, bir dərmandır.
Vüqar Əhməd hamı ücün qəlbi ilə çox yanandır,
Yaxşı olsaq, bu dünyanın mirvarisi, hər insandır.
6.02.2021
Vüqar Əhməd

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button