Gündəm

Tanınmış jurnalist Toliki ağ yuyub qara sərdi-VİDEO

Xəbər verdiyimiz kimi prodüser, Xəzər Televiziyasının aparıcısı Tarix Əliyev (Tolik) İkinci Qarabağ Müharibəsində yaralanan əsgərimizi təhqir edib.İnstagramda hərbçimizlə canlı yayımda bağlantı yaradıb və ona kömək əlini uzatmaq istədiyini bildirən Tolik eşitmə qabiliyyətini itirən əsgərə qarşı xoş olmayan ifadələr də işlədib:

“Ayın birinə kimi Əli danışsa, ona hədiyyə verəcəm. Bu nədir, bilirsən? Kül təpənə. Ayın birinə kimi danışsan, bu yeni model İphone telefonunu sənə verəcəm. Nə edirsən et, danış. Özünü vur divara, as, amma danış”.

Tanınmış jurnalist Eldəniz Vəliyev “Space” televiziyasının efirindən Tarix Əliyevin əsgərlə rəftarını təhlil edib.

Telejurnalist bildirib ki, bəlkə də bəziləri ali mətləblərdən danışıban sonra Toliklə (üzr istəyirəm) tarixi enişimə görə məni qınayacaq. Əgər söz konusu Azərbaycan əsgərdirsə, sağlamlığının yarısını itirənlərdirsə olsun, eləcə də nitqinin hamısını itirən Azərbaycan əsgəridirsə eləcə… Əgər söz konusu yaşından dolayı hələ bir qızın əlindən tutmağa fürsət tapmayan əsgər balamızdırsa eləcə…
Gərəkirsə yerin dibinə enəcəm ki, əsgərimiz ucalsın. İndi bildinizmi bu enişimin səbəbi nə idi. Bilməyənlər üçün göstərirəm.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button