Manşet

Millət vəkili yeddi ailəyə yardım etdi-FOTOLAR

Milli Məclisin deputatı Nigar Arpadarai növbəti dəfə millət vəkili olduğu Səbail rayonunda imkansız ailələrə yardım əlini uzadıb.

Nigar Arpadarai “Facebook” sosial şəbəkəsində qeyd edib ki,pandemiyanın ən çox zərbə vurduğu sahələrdən biri təhsildir. Tək ona görə yox ki, uşaqlar proqramdan geri qalır və həmyaşıdları ilə ünsiyyətdən məhrum olur, həmçinin ona görə ki, ailədə onlayn dərsə qoşulmaq üçün kompyuter və ya istənilən digər ‘gadget’ yoxdursa uşaqlar dərsə ümumiyyətlə qoşulmur.

Belə ailələr isə az deyil. Bu problem haqda düşünərək Səbail rayonunda övladları olan şəhid ailələrinə (7 ailəyə) laptoplar hədiyyə etmək qərarına gəldik. Təşəbbüsümüzə qoşularaq bizə dəstək olan, Lenovo şirkətinə, şəxsən Rasim Bakhshi -yə dərin təşəkkürümü bildirirəm!

Ümid edirəm ki, əziz balalarımız təhsillərinə daha səmərəli davam edər, yüksək nailiyyətlər əldə edərlər.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button