Siyasət

XİN amerikalı diplomatları ölkədən çıxarmaqla hədələyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki,2022-ci il yanvarın 31-nə kimi ABŞ səfirliyinin üç ildən artıqdır Moskvada olan əməkdaşları Rusiyanı tərk etməlidirlər.

Bundan əvvəl Vaşinqton 27 rusiyalı diplomatik işçinin 2022-ci il yanvarın 30-dək ABŞ-ı tərk etməsini tələb edib.
O vurğulayıb ki, bu, Rusiyanın seçimi deyil: “ABŞ oxşar oyunu tətbiq etdi”. 2020-ci ildə Dövlət Departamenti birtərəfli qaydada Rusiyanın Vaşinqtondakı səfirliyi və baş konsulluqlarının əməkdaşları üçün ezamiyyət müddətinə üç illik məhdudiyyət qoyub.

“Gələn ilin iyulun 1-nə qədər Vaşinqton üç illik qaydadan əl çəkməsə və güzəştə getməsə, biz analoji addım atacağıq”, – Zaxarova əlavə edib.

Qeyd olunub ki, aprelin ortalarında Vaşinqton növbəti dəfə anti-Rusiya sanksiyalarını genişləndirib və on diplomatı ölkədən çıxarıb. Buna cavab olaraq, Rusiya ABŞ-ı qeyri-dost ölkələr siyahısına daxil edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button