Ölkə

Millət vəkili bu dəfə də xeyirxah əmələ imza atdı-FOTOLAR

"Dünən Səbail rayonunda yaşayan bir neçə ailəyə baş çəkdik"

Xəbər verdiyimiz kimi millət vəkili Nigar Arpadarai xüsusi karantin rejimində dəfələrlə aztəminatlı ailələrə yardım kampaniyası təşkil edib.

Bu günlərdə Səbail rayonunda yaşayan 1-(12 ay) yaş qrupunda olan uşaqların pulsuz müayinə və müalicəsini “Sağlam Ailə” Tibb Mərkəziylə həyata keçirən millət vəkili bununla bağlı özünün “Facebook” sosial şəbəkəsində məlumat verib.

Analoq.az Nigar Arpadarinin statusunu olduğu kimi təqdim edir:

Bir neçə gün öncə Səbail sakinlərinin azyaşlı övladlarının səyyar pediatr müayinəsi ilə bağlı təşəbbüsümü səhifəmdə elan etmişdim. Komandamla bu təşəbbüs üzərində işlədiyimiz zaman daha çox insanı əhatə etmək üçün tərəfdaşlara müraciət etməli olduğumuzu düşünürdük.

Mən heç gözləmədiyim halda, “Sağlam Ailə” Tibb mərkəzinin rəhbərliyi çağırışımızı cavabsız qoymadı və dərhal bizə dəstək oldu.

‘Biz birlikdə güclüyük’ mesajı belə məqamlarda özünün əsl mahiyyətini göstərir.

Dünən Səbail rayonunda yaşayan bir neçə ailəyə baş çəkdik, hörmətli həkimimiz Aygün xanım balaları müayinədən keçirdi. Bu təşəbbüsdə bizə dəstək olan

“Sağlam Ailə”-nin rəhbərliyinə və əməkdaşlarına, Nigar xanıma və Aygün xanıma dərin təşəkkürümü bildirirəm!

Əziz Səbaillilər,

Biz davam edirik. Əgər tanıdığınız insanlar arasında, Səbaildə yaşayan, körpə (1-12 ay) övladı olan, övladını həkimə göstərmək istəyən aztəminatlı ailə varsa, xahiş edirəm bizə yönləndirin (070 3745115).

Yaxın günlər ərzində, imkan daxilində “Sağlam Ailə”-nin peşəkar və xeyirxah həkimləri ilə belə ailələrə baş çəkəcəyik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button