Gündəm

“AAAF Park” yaşayış kompleksinin payçıları etiraza qalxıb..

“AAAF Park” yaşayış kompleksinin payçıları etiraza qalxıb. Analoq.az Reportyor.infoya istinadən xəbər verir ki, sakinlər mənzil aldıqları binaların təhvil verilməməsindən şikayətləniblər.
Onların sözlərinə görə, 6-7 ildir ödəniş edirlər, amma şirkət rəhbəri Tofiq Heydərov hər dəfə müxtəlif səbəblər göstərərək tikintinin dayandırıldığını bildirir.

Sakinlər AAAF Park rəhbərliyinin tikintinin davam etməsi üçün onlardan əlavə pul istədiyini söyləyirlər. Payçılardan biri deyir ki, 20 min 500 manat ödəniş edib, amma 4 ildir mənzil təhvil verilmir: “Üstəlik, kvadrametrim azaldılır, əlavə 10 min manat da istənilir”.
Digər payçı deyir ki, 200 min məbləğində ödəniş edib, 7 ildir tikintinin yekunlaşmasını gözləyir: “Hələ də heç bir iş getmir. İş görmürlər. Səbəb göstərirlər ki, vergi problemi var, dövlət dəsətyi yoxdur, maddi imkanlar azdır. Amma burada əksəriyyət evləri nağd şəkildə alıb”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button