Ölkə

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.Analoq.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Bildirib ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Deputat Əziz Ələkbərli söz alaraq, qanun layihəsinin dili ilə bağlı bəzi fikirlərini söyləyib.Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.Musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button