Kriminal

Biləsuvarda “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb

Rayon sakinləri müvafiq sənədləri olmayan ov tüfəngləri ilə Turacları qanunsuz ovlayıblar aşkarlanıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə növbəti tədbirlər keçiriblər.
Analoq.az xəbər verir ki, tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar.
Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları “Qırmızı kitab”a düşmüş Turac quşları aşkarlanıb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button