Ölkə

Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi – Video

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz müalicə üçün Türkiyəyə yola salınıb.“Qafqazinfo”nun verdiyi xəbərə görə, II Qarabağ Müharibəsinin daha bir iştirakçısı, əsgər Rəvan Əzizov da müalicə və reabilitasiya prosedurlarının keçməsi üçün Heydər Əliyev Fonduna müraciət edib.

Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz Murovdağda mərmi partlayışı nəticəsində yaralanıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan qazimiz Mehriban Əliyevanın tapşırığı ilə müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button