Ədəbiyyat

Professor Vüqar Əhməd haqqında yazdı

Rusiyada yaşayan tarix elmləri doktoru, professor, Beynəlxalq Yazıçılar və Publusistlər Birliyinin üzvü Əşrəf Hüseynli tanınmış şair,profeesor Vüqar Əhmədin yaradıcılığı haqqında Analoq.az-a məktub yollayıb.Analoq.az həmin məktubu olduğu kimi təqdim edir:

Mənim əziz qardaşım Vüqar müəllim, ürək dilləndirən, qəlb vərəqləyən şarkılarınız şeir müsabiqəsində mükafata layiq görüldüyü üçün Sizi fərəhlə təbrik edirəm!

Qardaşım, bu kainat özlüyündə təpədən dırnağa şeir deyilmi? Yer üzünə ömür səyahətinə gələn şairlərin cəmi nə qədər həyatı və dünyanı tərənnüm etsələr də dünyanın özündə olduğu kimi, şairlərin də qəlbində SÖZ tükənmir. Əksinə, yeni ləçəklər, yeni rahiyyələr, yeni ətir qoxuları gəlir ŞEİRİYYƏT adlı cənnətdən. Demək, SÖZ də atom zərrələri kimidir, bölündükcə daha çox zərrəciklər, daha çox çalarlar, daha əsrarəngiz tablolar və deyimlər boy göstərir şeiriyyət kəhkəşanından. Əziz qardaş, təki Siz həmin kəhkəşanda hər zaman sübhün gözünü açan, səhəri güldürən GÜNƏŞ şəfəqləri olub, ürəkləri güldürəsiniz, qəlbləri sevindirub, könülləri isti şarkılarınızla daima oxşayasınız, mənim ürək dostum Əzəmətli VÜQAR ƏHMƏD!

Sizə poeziyanın karvançəkən yollarında Saribanlıq və uğurlar arzu edirəm!!!

Hörmətlə, ƏŞRƏF HÜSEYNLİ

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button