Ədəbiyyat

“Allah bəla versin ermənilərə”-VÜQAR ƏHMƏD

Gəzdim Füzulini, gəzdim Laçını,
Sevincək görsək də köçkün, qaçqını,
Şəhid anaları yolur saçını,
Allah bəla versin ermənilərə.

Gördüm Həkərini, gördüm Arazı,
Ağdamda qıldım mən zöhr namazı,
Qarlı qışa dönüb baharı, yazı,
Allah bəla versin ermənilərə.

Torpaq viran qalıb düşmən əlindən,
Millət uzaq idi doğma elindən,
Qarabağ düşmürdü elin dilindən,
Allah bəla versin ermənilərə.

Şuşa həsrət idi Xanın səsinə,
Hüsünün, Seyidin bal nəfəsinə,
Cabbarın o şaqraq zənguləsinə,
Allah bəla versin ermənilərə.

Kəlbəcərin boldu ocağı , piri,
Zəvvarlar buradan dönürdü geri,
Dağlar səsləyərdi Dədə Şəmşiri,
Allah bəla versin ermənilərə.

Qubadlı , Zəngəzur, həm də Zəngilan,
Göyçə, Dərələyəz,qədim İrəvan,
Bütün bu oymaqlar- Azəribaycan,
Allah bəla versin ermənilərə.

İt kimi qovmuşuq yad qonaqları,
Xalqa qaytarmışıq saf bulaqları,
Sevincə qərq etdik al yanaqları,
Allah bəla versin ermənilərə.

Ordu da , başqan da çox çəkdi zəhmət,
Qarabağ nəğməli zəngin səltənət,
Muğam aşiqidir bu Vüqar Əhməd,
Allah güzəran ver bizim ellərə.

VÜQAR ƏHMƏD
16.02.2021

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button