Cəmiyyət

Azəriqaz işçiləri qanunsuz attestasiyadan keçirir – ŞİKAYƏT

Redaksiyamıza “Əl-Ələ” Valideyn Cəmiyyəti İctimai Birliyinin sədr müavini Əhməd Rəhmanov tərəfindən müraciət daxil olub. Müraciətdə deyilir:

-Azəriqaz İB-nin işçiləri tərəfindən bizə artıq bir neçə müraciət daxil olub, bizdən hüququ yardım istəyirlər. Şikayətçilər bildirirlər ki, Azəriqaz rəhbərliyi əmək qanunvericiliyini növbəti dəfə pozaraq, işçilərin bu il yenidən attestasiyasını keçirir. Əmək qanunvericiliyində isə göstərilir ki, attestasiya 3 ildən bir kecirilməlidir. Bundan əlavə Azəriqaz İB-də nəzarətçi çilingər çalışan Mirzəyev Zair adlı şəxs bizə müraciət edib ki, idarə rəhbərliyinin qeyri-qanuni əməlləri barədə məhkəməyə müraciət etdikdən sonra idarə rəhbərliyi bir tərəfli formada onun əmək müqaviləsində dəyişiklik edib, müqaviləni müvəqqəti etmişdir (sənədin fotosurəti əlavə olunur). Bu isə Əmək Məcəlləsinin 45-ci maddəsinə ziddir. Belə ki, bu maddədə göstərilir ki, işin və ya xidmətin əvvəlcədən daimi olduğu bəlli olduğu halda müvəqqəti əmək müqaviləsi bağlanması qanuna ziddir.

Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Xahiş edirik ki, baş vermiş bu qanunsuz hərəkətlər barədə məlumatı işıqlandırasınız”.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button