Siyasət

Qapalı görüşdə Putindən SENSASİON QARABAĞ BƏYANATI

Məşhur rusiyalı jurnalist, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Rusiya Prezidenti Vladimir Putinlə qapalı görüşündən maraqlı məqamları açıqlayıb.Analoq.az Axar.az-a istinadla xəbər verir ki, Venediktov Rusiya Prezidentinin 2020-ci ildə fəxr edə biləcəyi üç mühüm nailiyyətindən danışdığını qeyd edib.

“Putin bu qapalı görüşdə Rusiyanın ən güclü təsirə malik vaksin hazırlaya bilməsindən çox məmnun olduğunu söyləyib. “Vaksin məsələsi məni çox məmnun etdi”, – deyə Putin qeyd edib. O, həmçinin bildirdi ki, Qarabağ probleminin çözülməsindən çox razıdır və hətta Bakının qələbəsi ilə tamamlanan proseslə fəxr edir. Üçüncüsü: Prezident 2020-ci ildə Rusiyanın yeni növ silahlarından razılığını dilə gətirdi”, – deyə Venediktov “Exo Moskvı”nın efirində bildirib.

Təbii ki, jurnalistin bu sözləri rusofobiya mühitinin hökm sürdüyü Ermənistanda birmənalı qarşılanmayıb. Yenə də aparıcı erməni mediası Kremlin və rusların ünvanına tənqidlər səsləndirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button