Ədəbiyyat

Erməni xisləti-HEKAYƏ

Şanlı Azərbaycan ordusunun Qarabağı erməni işğalçılarından azad etməyə başaldığından bir ay keçirdi. Bu müddət ərzində doğma Qarabağımızın böyük bir hissəsi işğaldan azad edilmişdi. Hər gün yeni-yeni kəndlərin, şəhərlərin azad olunduğu barədə rəsmi xəbərlər elan olunurdu. Artıq heç kimdə, ermənipərəst xarici qüvvələrdə, ermənilərin özlərində belə ordumuzun tezliklə düşmən üzərində tam və qəti qələbə çalacağına heç bir şübhə yox idi. Ordumuzdakı döyüş ruhunun, qələbə əzminin, xalqımızın yumruq kimi dövlətin ətrafında birləşdiyinin, ordumuzun, əsgərlərimizin arxasında durduğunun artıq düşmən də fərqində idi. Əsgərlərimizin misilsiz igidliklərini, dəfələrlə beş-altı əsgərimizin qarşısından düşmənin böyük bir dəstəsinin silah-sursatlarını, hərbi texnika və döyüş sistemlərini ataraq qaçdığını düşmən özü belə etiraf edirdi…

Ordumuzda, əsgərlərimiz arasında olan ruh yüksəkliyi, dalbadal qazanılan qələbələrin sevinci kapitan Ələsgərovun komandiri olduğu piyada qoşun bölüyündə bu gün ikiqat yaşanırdı. İki gündür ki, ermənilərin müqavimət göstərdikləri, otuz ilə yaxın işğal dövründə tikib bərkitdikləri, qalınlığı bəzi hissələrdə beş metrə çatan dəmir-beton divarlarla əhatə olunmuş və yüksəklikdə yerləşən düşmən mövqeyi bu gün məhz bu bölük tərəfindən alınmış, düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilmiş, bir hissəsi silahlarını da ataraq qaçmış, on iki nəfər düşmən əsgəri isə əsir götürülmüşdü.

Əsgərlərimiz ələ keçirilmiş düşmən mövqeyində sıraya düzülmüş əsirlərin ön tərəfində daşların üstündə, iki nəfəri isə oradakı kətilin üstündə oturmuşdu. Əsirlər qarşısında var-gəl edən Ələsgərov bir neçə əsgərə ətrafa nəzarət etmək üçün mövqe tutmaq barədə göstəriş verdi və oturub nəfəslərini dərən əsgərlərə yaxınlaşdı. Kətilin üstündə oturmuş hər iki əsgər cəld qalxaraq ona yer versələr də, Ələsgərov əli ilə oturmalarını işarə edib daşlar üstündə oturanlara yaxınlaşdı, böyürünü yerə verib uzanaraq dirsəkləndi.

Bütün odumuzda olduğu kimi kapitan Ələsgərovun komandiri olduğu bölükdə də komandir-əsgər, əsgər-əsgər münasibətləri, nizam-intizam, döyüş, qələbə əzmi yüksək səviyyədə idi. Yaralanan əsgər həkimlərin qadağasına baxmayaraq özünü yaxşı hiss etdiyini, yarasının yüngül olduğunu bildirərək döyüşə davam etməyə, döyüş yoldaşlarına qoşulmağa icazə verilməsini israrla xahiş edirdi. Güllə yağışı altında olsa da, heç bir əsgər yaralanmış, şəhid olmuş döyüşçü yoldaşını atıb getməz, həyatı bahasına olsa da, mütləq həmin yoldaşını təhlükəsiz yerə çatdırıb yenidən döyüşə atılardı. Hər bir əsgər özünün də yaralanacağı, şəhid olacağı təqdirdə onunla da məhz bu cür rəftar ediləcəyinə əmin idi.

İlkinlə Maqsud könüllü olaraq orduya yazılmışdılar. Bölükdə ən yaşlı əsgərlər idi və bəlkə də elə bu səbəbdən əsgər yoldaşlarının asudə vaxtlarda daha tez-tez müraciət etdikləri, söhbətləşdikləri əsgərlər idi. Xasiyyətcə bir-birinin tam əksi idilər. Ciddi, hər şeyin elmi, nəzəri izahını verməyə çalışan İlkini “müəllim”, zarafatından qalmayan, hər hadisəyə bir lətifə qoşub danışan, ən çətin məqamlarda belə yoldaşlarını güldürən Maqsudu isə “Maqa” deyə çağırırdı əsgər yoldaşları.

Əsir erməni əsgərlərinin qarşısında, daşın üstündə oturmuş, bayaqdan bəri əsirlərə göz gəzdirən İlkin nəzərlərini onlardan birini üzərində saxladı, irəli əyilərək diqqətlə baxdı və ayağa qalxdı. Həmin əsirə yaxınlaşaraq hansı dildəsə nə isə soruşdu. Ona görə “hansı dildəsə” deyirəm ki, əsgərlərdən erməni, rus dilindən tutmuş ingilis dilinədək bilən var idi. İlkinin danışdığı dil isə heç kimə tanış deyildi. Əsirlə İlkin arasında gedən qısa dialoqdan sonra birdən İlkin əlini atıb əsirin papağını alnından yuxarı qaldırdı və hiddətlə, hirslə onunla nə isə danışmağa başladı və Ələsgərovun bir kəlmə:

– İlkin! Əsgər Məmmədzadə! – kəlməsindən sonra geri dönüb əsgər yoldaşlarının, komandirinin ona maraqla baxdıqlarına fikir vermədən ciddi görkəmlə əvvəlki yerində oturdu.

– İzah edəcəksənmi? Nə məsələdi? Əvvəldən tanıyırdınmı bunu?,- deyə Ələsgərov başı ilə bayaq danışdığı əsirə işarə etdi.

– Kaş heç tanımayaydım, komandir. Bu Vazgenin ucbatından…

– Adı Vazgendir?

– Nə bilim əşşi, adı nə zəhrimardı? Bunların hamısını ya Vazgen, ya da Aşot çağırmırıqmı?

– Ya da Paşik. Açığı mən bayaqdan fikir verirdim ki, bu dığa sənə qoyun təzə darvazaya baxan kimi yaman baxır,- Maqsud dilləndi və əlavə etdi,- di yaxşı gerisini danış görək. İstəyirsən durum məxsusi sənin üçün bir kruq oynayım.

– Dayan görək, Maqa, qoy müəllim söhbətini eləsin. Danış görək müəllim, bu dığanı hardan tanıyırsan?- kimsə dilləndi.

İlkin köks ötürüb yenidən həmin əsirə baxaraq başını buladı, üzünü dillənənə deyil, Ələsgərova tutaraq davam etdi:

– Demək, komandir, mən institutu bitirdikdən, iki il xarici firmalarda çalışdıqdan sonra üç-dörd il idi ki, Fransada işləyirdim. Mən işlədiyim şəhər Parisdən xeyli uzaq idi. Orada olduğum illər ərzində cəmisi iki dəfə işlə əlaqədar Parisdə olmuşdum. Bir dəfə isə asudə vaxt tapıb şəhəri əməlli-başlı gəzməyi qərara aldım. Üç-dörd gün orada qaldım. Sena çayının sahilindən, Luvr muzeyindən tutmuş Eyfel qülləsinədək hər yanı gəzib-dolaşdım, hər baxılası yerlərə baxdım, gəziləsi yerləri gəzdim. Bir sözlə, necə deyərlər, gözümün qurdunu öldürdüm. Eyfel qülləsi isə bridəfəlik vətənə qayıtmağıma səbəb oldu. Təsəvvür edirsiz, Eyfeldən şəhərə baxıram, hər yan gözəl, təmiz, səliqə-sahman, şəhər göz oxşayır və birdən… Birdən gözüm sataşdı ki, qaraşın bir oğlan əlindəki nə isə ucu iti bir şeylə dəmiri cızıb nə isə yazır. Biz tətəflərin adamına oxşayırdı. Özümdən asılı olmayaraq yaxınlaşıb gördüm ki, əlindəki mıxla fransız hərifləri ilə “Qafqaz, Bakı, Az…” yazıb. Elə bil başıma bir qazan qaynar su tökdülər. Mənə elə gəldi ki, bunu elə mən yazmışam, hamı da bunu bilir və ikrahla mənə baxır. Elə bildim hamı məndən soruşur ki, bu nə biabırçılıqdır, kimsə sizin Bakıda Qız qalasına çıxıb divarlarında nə isə yazsa xoşuna gələrmi? İnanın ki, indi danışdıqca yenidən o dəqiqələri yaşayır, yenidən xəcalət çəkirəm. Nə isə, dedim yəqin Azərbaycanlıdır. Öz dilimizdə ona irad bildirdim ki, bəs utanmırsan, bu nə hərəkətdir və aramızda mübahisə yarandı. Hələ aydın olanda ki, bu oğlan heç azərbaycanlı deyil, ermənidir, əlbəyaxa olduq. Əlindəki mıx da öz alnını cızdı. Sonra mühafizə xidmətinin əməkdaşları gəlib bizi apardılar, araşdırdılar, mənim işlədiyim şirkətə hadisə barədə xəbər verdilər. Şirkət də mənimlə müqaviləni uzatmadı, qayıtdım vətənə. Vəssalam

– Bəs o, erməni dığası nə oldu?- yenə Maqsud soruşdu.

– Nə bilim nə cəhənnəm oldu? Mən onu satmadım. Mübahisənin nədən yarandığını demədim. Gördüm ki, özünün kişiliyi çatmır, demir, mən də demədim. Sadəcə dedik ki, sözümüz çəp düşdü, bir-birimizdən şikayətçi deyilik.

– O boyda Eyfel qülləsində nəzarət kameraları yoxdur ki?,- deyə bu dəfə Ələsgərov soruşdu.

– Mən ona irad tutnda bu dığa abırsız-abırsız cavab verdi ki, bəs narahat olma, buranı kamera tutmur. Guya mən hələ bunun üçün narahat da olamlı idim.

– Bu həmin dığadırmı? İndi nə deyirdi bəs?

– Həmin şərəfsizdir.

– Bunların şərəflisi olur ki? – yenə Maqsud dilini dinc saxlamadı.

– Maqsud, Ali Baş Komandanımızın da dediyi kimi, bizim davamız erməni xalqı ilə deyil. Bizim davamız Ermənistanın cinayətkar, faşist rəhbərliyi, onun qansız, qəsbkar, qəddar ordusu ilədir. O rəhbərlik ki, erməni xalqının özünü də girova çevirib, başlarını cəfəng ideyalarla doldurub, – Ələsgərov dilləndi və üzünü İlkinə tutdu,- Hə, bu Vazgen indi nə deyirdi bəs?

– Mən yaxınlaşıb fransız dilində ondan soruşdum ki, Parisdə olubmu, cavab verdi ki, olmayıb. Onda mən fransız dilini haradan bildiyini soruşdum, bu da cavab verdi ki, orta məktəbdə beş il fransız dilindən dərs keçiblər bunlara. Arsızlığıa, “istedada” fikir verirsiniz? Orta məktəbdə beş il dərs almaqla fransız dilində sərbəst danışmağı öyrəndiyinə məni inandırmaq istədi. Mən Eyfel qülləsindəki hadisəni ona xatırladanda da qəti şəkildə mənim yanıldığımı bildirdi. Onun papağını qaldırıb mıxın qoyduğu izi görəndə isə daha şübhə yeri qalmadı və həmin şəxs olduğunu, məni görən kimi tanıdığını, ona görə də papağını gözünün üstünə sürüşdürdüyünü etiraf etdi. Şərəfsiz!,- deyə İlkin söhbətini bitirb qətiyyətlə ayağa qalxdı. Qəti addımlarla heç iki addım atmamışdı ki, Ələsgərov:

– Əsgər Məmmədzadə! İlkin!,- deyə ciddi səslə çağırdı. İlkin geriyə çevrilib:

– Narahat olmayın, komandir, biz bu şərəfsizlərin səviyyəsinə enmərik, deyib yenidən geri döndü. Kənarda qaralan köhnə ocaq yerinə yaxınlaşdı. Sönmüş kömür qırıqlarından ikisini seçib bayaqkı əsirə yaxınlaşıb ona verdi. Yenə fransız dilində nə dedisə birlikdə əsgərlərimizin ələ keçirdikləri mövqenin beton divarına yaxınlaşdılar.

– Komandir,- deyə İlkin Ələsgərova tərəf çevrildi,- onsuz da bu, damda-divarda yazmağı hələ Parisdən məşq edib, deyirəm qabiliyyətini biz də yoxlayaq.

Erməni əsir İlkinin göstərdiyi yerdə, divarda böyük həriflərlə fransız dilində nə isə yazdı. Əsgərlər yazılanın dəqiq mənasını bilməsələr də, “Qarabağ” və “Azərbycan” sözləri başa düşülürdü. Sonra İlkin kömür parçasını alıb erməninin yazdığının qarşısına tire işarəsi qoyaraq tərcüməsini yazdı: “Qarabağ Azərbaycandır!” və qarşısına daha bir tire işarəsi çəkib kömürü yenə əsirə verdi, fransızca nə dedisə erməni ikinci tirenin qarşısında erməni dilində eyni sözləri yazdı. İlkin erməni dilini bilən əsgərdən düz yazılıb yazılmadığını soruşdu və təsdiq cavabını aldıqdan sonra qayıdıb öz yerində oturdu, əsir isə əsirlərin sırasına qayıtdı. Aralığa sükut çökdü. Hamı erməni əsirləri süzürdü. Birdən Maqsud yerindən qalxdı. Əsirlərin sırasına yaxınlaşaraq bir-bir onları diqqətlə nəzərdən keçirməyə başladı. Sıranı başa vurub yenidən onları nəzərdən keçirə-keçirə sıranı geri qayıtdı. Başını bulayaraq qayıdıb əvvəlki yerində oturdu və:

– Tfu, gərək adamda bəxt ola ey,- deyə dilləndi və hamının ona maraqla baxdığını görüb əlavə etdi:

– Nəyə baxırsınız? Dedim bəlkə mənim də axtardığım bunların arasında olar da.

– Sənin də tanışın var bu şərəfsizlərin arasında?- sol tərəfindəki əsgər yoldaşı soruşdu.

– Allah vurmuşdu bunları. Nə tanışım olacaq ki?- Maqsud suala sualla cavab verdi.

– Özün dedin ki, tanışını axtarırsan.

– Mən tanışımı demədim, axtardığımı dedim.

– Tanımadığın adamı necə tanıya biləcəksən ki, elə diqqətlə baxırdın.

– Qardaş, tanış başqa şeydi, sifətini tanıdığın, bir dəfə üzünü gördüyün başqa. Müəllim, xahiş edirəm bunu izah edəsən bunlara,- deyə Maqsud İlkinə tərəf döndü.

– Yaxşı, Maqa, kimi axtarırsan bunların arasında,- İlkin soruşdu.

– Müəllim, vallah desəm inanmayacaqlar, güləcəklər. Qoy qalsın, sonra sənə təklikdə danışaram.

– Niyə inamırlar ki?

– Ona görə ki, eyni ilə sənin başına gələn mənim də başıma gəlib.

– Bəlkə ona görə ki, hər şeyi zarafata salısan deyə? – deyə Ələsgərov da söhbətə qoşuldu,- hər halda sən danış, həqiqətdirsə çalışarıq zarafat etmədiyinə inanaq.

– Komandir, and olsun bu dığaların boş başlarına ki, olmuş hadisədir. Sadəcə olaraq müəllimin danışdığı hadisə ilə demək olar ki, əkizdir deyə qorxuram inanmayasınız. Deməli komandir, uşaqlar, neçə il əvvəl Moskvaya getmişdim. Avtobus dayanacağında dayanıb avtobus gözləyirdim. Eyni ilə müəllimin dediyi kimi qaraşın bir oğlan da əlində siqaret dayanacaqda gözləyirdi. Həmin oğlan siqaretinə növbəti qullab vurub onu çırtması ilə kənara vızıldatdı. Bu zaman anası ilə dayanacaqda gözləyən on-on iki yaşlarında bir qız uşağı ona təəccüblə baxıb dedi ki, dyadya, kak vam ne stıdno (Dayı, sizə eyib deyilmi). Bot je urna (budur ey zibil qabı). Pojaluysta podnimite, brasayte v urnu (Zəhmət olmasa qaldırın, zibil qabına atın) və zibil qabını, tulladığı siqaret kötüyünü ona göstərdi. Oğlan qızın sözlərini qulaqardına vurdu. Zarafata salıb ona gülümsədi və cavab verdi ki, ax tı devoçka krasavitsa (ay səni gözəl qızcığaz), u menya toje yest doç kak tı (mənim də sənin kimi bir qızım var), no ona daleko, v Baku (ancaq o, uzaqda, Bakıdadır). Ona menya toje ruqaet koqda ya kuryu v kvartire (o da məni mənzildə siqaret çəkəndə danlayır). Görürsünüzmü nə qədər də oxşar mənzərədir, komandir. Mən ondan Bakıda hansı tərəfdə yaşadığını soruşdum. Fikrim var idi ki, onu qınayım, utandırım. Ancaq inanmazsınız, uşaqlar, məlum oldu ki, o heç Bakıda olmayıb. Ermənidir. Düzdür, mən müəllimdən fərqli olaraq onunla mübahisə edib dalaşmadım. Bu dəm gəlib dayanan avtobusa minib getməsəydi bəlkə də mübahisə baş verəcəkdi. O getsə də, qadınla uşaq başqa avtobus gözləyirdilər. Heç olmasa oğlanın yalan danışdığını, erməni olduğunu onlara izah etdim.

– Yenə sən nə isə etmisən, onun yalan danışıdığını kiməsə göstərmisən, Maqa. Mən isə heç bunu da etmədim. Edə bilmədim. Düşmən də olsa satqınçılıq etməyi qüruruma sığışdırmadım. Sığışdıra bilmədim,- deyən İlkin bu cavabı ilə Maqsuda inandığnı ilk təsdiq edən oldu.

Ancaq səsinin həmişəkindən fərqli tonundan, danışıq tərzindən, durumundan, indiyədək görünməyən ciddii görkəmindən zarafat etmədiyi, səmimiliyi aydın oxunurdu və döyüş yoldaşları da bunu aydın görürdü. Bir də ki, axı komandir də burada idi, onun yanında bu boyda zarafat ola bilməzdi. Zarafatcıl olsa da, Maqsud belə şeylərin yerini bilən idi. Ələsgərov döyüşçülərinə nəzər salıb dilləndi:

– Bilirsiniz, uşaqlar, müxtəlif xarici ölkələrdə işləyən, yaşayan o qədər istedadlı gənclərimiz, soydaşlarımız var ki, çox ləyaqətlə millətimizi, ölkəmizi, mədəniyyətimizi təmsil və təbliğ edirlər. Ürəkləri daim xalqımızla, vətənimizlə vurur. Elə bu döyüşlər başlayandan bəri xarici ölkələrdəki həmvətənlərimiz nə qədər bizə, ordumuza dəstəklərini bildirir, Ali Baş Komandan əmr edərsə, səfərbərlik olarsa dəthal vətnə qayıdıb döyüşə atılmağa hazır olduqlarını deyirlər. Haqq səsimizi dünyaya çatdırmaq üçün yaşadıqları, işlədikləri ölkələrdə yürüşlər, nümayişlər təşkil edirlər. Mənfur düşmənlərimiz də bu birliyi, bu vətən sevgisini, həmyerlilərimizin uğurlarını, getdikcə güclənən, təşəkkül tapan diasporamızı görür, şahidi olurlar axı. Buna görə də gözləri götürmür, həzm edə bilmirlər. Paxıllıqlarından bilmirlər ki, nə etsinlər. Əlləri bir yerə çatmadığına görə də, vətənimizin, onun ləyaqətli təmsilçilərinin müsbət imicinə hər vasitə ilə, hər imkan düşüncə, müxtəlif, ən hiyləgər, alçaq yollarla ləkə yaxmağa çalışırlar. İlkinlə Maqsudun danışdıqlarına fikir verin. Gör heç şeytanın ağlına gələn işdi?

– Komandir, gələn var. İrəlidəki postdan xəbər verdilər ki, əsirləri aparmağa gəlir və nahar gətirirlər,- deyə nəzarət üçün dayanmış əsgərlərdən biri kapitan Ələsgərova məlumat verdi.

– Nə isə, igidlər, fikir verməyin. Bu, erməni xislətidir. Bu xislət onlara hələ körpəlikdən, ana südü ilə aşılanır. Düzələn deyillər. Di yaxşı, hazırlaşın nahara, əsirləri təhvil verməyə. Qaraşov, Həsənli, İbrahimov və Əhmədzadə, nəzarət üçün daynamış yoldaşlarınızı əvəz edin,- deyib Ələsgərov ayağa qalxdı.

Soyadları çəkilən əsgərlər bir ağızdan “Oldu” deyərək hərəsi bir istiqamətdə dayanmış yoldaşlarını əvəz etməyə tələsdi.

Adəm Asnı

Bakı, 5 noyabr, 2020-ci il.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button