Ölkə

Bank sahibinin oğlu ev dustağı oldu

Bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə ev dustaqlığına buraxılıb. SİA-nın verdiyi xəbərə görə, ötən ilin yayında həbs edilən Ü.İldırımzadənin ev dustaqlığına buraxılması üçün vəkili İlkin Ələsgərov məhkəməyə vəsatətlə müraciət edib.

Fevralın 11-də Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova vəsatəti təmin edib və Ü.İldırımzadə ev dustaqlığına buraxılıb.

Ü.İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Yunis İldırımzadənin əmisi Yusif İldırımzadə Xətai rayonunun keçmiş prokuroru olub. O, sabiq daxili işlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, “AmrahBank” ötən il aprelin 28-i bağlanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button