Siyasət

Heç bir hücuma yol verilməyəcək-Vladimir Putin ..

Xarici müdaxilə və Rusiyanın suverenliyinə qarşı heç bir hücuma icazə verilməyəcək.

Analoq.az pı Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin parlamentin aşağı qanadı Dumaya sentyabrda keçiriləcək seçkilərlə bağlı çıxışında deyib.

Parlamentin qrup liderləri ilə videokonfrans vasitəsi ilə təşkil edilən görüşdə danışan Prezident xalq seçkilərini xarici müdaxilələrdən qorumalı olduqlarını bildirib. O, seçkilərin açıq, dürüst və yüksək rəqabətə əsasən keçirilməli olduğunu vurğulayıb.

Putin, həmçinin xarici internet platformaları və IT şirkətlərinin fəaliyyətlərinin Rusiya üçün ciddi təhdid yaratdığını, bunun örnəyinin ABŞ-da görüldüyünü bildirib: “Hazırda dünyada belə bir ayrıseçkilik var. İdeoloji fərq, bu, aşkar açıq vəziyyətdir. Sadəcə bunu təkrarlaya bilərəm: öz ölkələrində belə davranırlarsa, özlərini necə imtiyazlı görəcəklərini və başqalarına necə davranacaqlarını başa düşə bilərsiniz. Bu, ciddi məsələdir. Aydındır ki, bunları əvvəlcədən düşünməliyik”.

Analoq.az

 

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button