Dünya

Gürcüstan Baş naziri istefa verib

Gürcüstan Baş naziri Giorgi Qaxariya istefa verib.“Qafqazinfo” xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə məlumat verib.

Hökümət rəhbəri ölkədəki siyasi böhran fonunda istefa qərarını aldığını açıqlayıb.

“Vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbətdə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm. Çünki əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və ola biləcək hər cür böhran üçün ən böyük riskdir”,-deyə Qaxariya qeyd edib.

Qeyd edək ki, G. Qaxariya 2019-cu ilin 9 sentyabrından ölkənin Baş naziri vəzifəsinin icra edirdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Daha çox
Back to top button