Manşet

Gürcüstan XİN başçısının Azərbaycana səfər proqramı

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Analoq.az APA-ya istinadən xəbər verir ki, nazir Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

D. Zalkaliani Bakıda Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd olunub ki, nazirlərin üçtərəfli görüşü çərçivəsində D. Zalkaliani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button