Dünya

Qəddafinin oğlu prezident ola biləcək?

Liviya məhkəməsi ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı şikayətini təmin edib. Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə Seyfülislam Qəddafinin Liviya prezidentliyinə namizəd olması üçün imkan yaradılıb.

Qeyd edək ki, dekabrın 24-də Liviyada Prezident seçkisi keçiriləcək. Bu il noyabrın 14-də Seyfülislam Qəddafi namizədliyini irəli sürmüşdü. Ancaq müxtəlif cinayətlərdə və müharibə suçları ilə ittiham olunduğundan onun namizədliyi ləğv edilmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button