Ölkə

Kamran Əliyev Ərdoğanla görüşündən danışdı

Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var.

Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək.

Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button