Ölkə

Abşeronun icra başçısının biznes imperiyası – SİYAHI

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Abşeron rayonu İcra Hakimiyyətində xüsusi əməliyyat keçirir.

Qeyri-rəsmi məlumata əsasən, icra başçısı İradə Gülməmmədovanın hər üç müavini həbs olunub.

Aldığımız məlumata görə, icra başçısının özü isə sorğu-sual edilir.

Bir müddət əvvəl mətbuatda İradə Gülməmmədovanın özünə və ailəsinə məxsus mülklər paylaşılıb.

İcra başçısının ölkənin müxtəlif regionlarında, hətta Rusiyada, Türkiyədə şirkətləri mövcuddur. Həmçinin ailə biznesinə mağazalar, tibb klinikaları, apteklər, iaşə obyektləri, turizm şirkətləri, uşaq bağçası və s. aiddir.

Beləliklə, Gülməmmədovanın mülklərinin siyahısını oxucularımızın nəzərinə çatdırırıq:

Binəqədi rayonu, 2 saylı Zeytunçuluq sovxozu ərazisində 2 mərtəbəli, 1056 kvadratmetrlik fərdi yaşayış evi

Binəqədi rayonu, M.Davudoğlu küçəsi, ev 34 ünvanında mənzil

Xırdlan şəhərində “Titanik” adlı iri obyekt

Mehdiabad-Fatmayi yolunun üstündə “Palma” supermarketi

Masazırda “Palma” restoranı

Abşeron rayonunda saysız-hesabsız təndirxanalar

Xırdalanda şərab evi

Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında şərab evi

“Vorovski” kimi tanınan ərazidə yerləşən “Zümrüd” klinikası yaxınlığında şərab evi

Xırdalanda, Fatmayidə, Novxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində torpaq sahələri

“Əsmanur” bağçalar şəbəkəsi

“Zümrüd” körpələr evi-uşaq bağçası

“Vimay” tibb mərkəzi

“Vimay-Med” klinikası

“Af-Gen” klinikası

Bioloji Təbabət Klinikası

“Repose Travel” turizm şirkəti

“Nabat” təbabət şirkəti

“Herbimed” MMC tibb şirkəti

“Atash-farm” MMC dərman şirkəti

“Harunfarm” MMC dərman şirkəti

“İmpuls-M.V.” apteklər şəbəkəsi

“İRS Mobil” telefon alqı-satqı şəbəkəsi

“Nigər-Q.S” şirkəti

“Bioflora-M.V.” şirkəti

“Enerqorenovasiya” MMC şirkəti

“Fidanfarma” MMC şirkəti

“Planeta” apteklər şəbəkəsi

“Bioloji Tənzimləyici Təbabət Mərkəzi” MMC şirkəti

Rusiyada “Nabat Med” və “Mirpromtorq” MMC şirkətləri.İndex.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button