Hadisə

Daşkəsəndə qazi intihar etdi-SON DƏQİQƏ

Daşkəsən rayonunun Pirverdilər kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.

Qeyd edək ki, əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, yanvarın 6-da da qazi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.qafqazinfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button