Ölkə

Astarada ailə dəyərləri və sağlam modeli təbliğ olunub – FOTO

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ailə dəyərləri və valideyn məsuliyyətinin vəhdəti saglam ailənin təməlidir” adlı dəyirmi masaların təşkili layihəsinin növbəti tədbirini Astara rayonunda reallaşdırıb.

Təşkilatın rəhbəri Novella Cəfərovanın TvPress.Az-a verdiyi məlumata görə, layihənin məqsədi sağlam cəmiyyət qurmaq üçün valideyn məsuliyyətinin artırılması yolu ilə ailə dəyərlərinin qorunmasına nail olmaqdır.

Tədbirdə hədəf qrupu (zorakılıq qurbanları və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyə və icma nümayəndələri, fəal qadınlar, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ailədə əxlaqi, milli mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsinin nə qədər zəruri olduğunu qeyd edib, ailə institutunun sağlamlaşmasına kömək etməyin vacibliyi qeyd ediblər.

İştirakçılar bir çox mövzuları, o cümlədən ailədaxili münasibətlər valideynlərin bir-biri ilə davranışı, övlad-valideyn davranışı, valideyn-övlad davranışı, ailə dəyərlərinə ziyan vuran amillər (boşanmalar, erkən nikahlar, qeyri-rəsmi nikahlar, sosial şəbəkələr, maddi-iqtisadi vəziyyət və qeyri-etik xarici seriallar və s.), ölkəmizin inkişafında, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərimizin bərqərar edilməsində ailənin rolu və s mövzuları çox maraqla müzakirə ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button