AraşdırmaElm və təhsil

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsiri.

“Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktor Yadigarov Təbriz Abdulla oğlu bütün dünyanı bürüyən Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsirinin qiymətləndirilməsi üzrə tədqiqat işi aparmışdır. Tədqiqat işi AMEA İqtisadiyyat İnstitunun direktoru, tanınmış iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə AMEA İqtisadiyyat İnsitutunun keçirdiyi Elmi seminarda geniş müzakirə olunmuşdur. Qeyd etmək lazımdır ki, professor Nazim Müzəffərli iqtisadiyatın solluğu (sağlığı) indeksi haqqında, onun hesablanma metodikası, sub-indekslər, ölkəvi nəticələr haqqında tədqiqatları ilə respublikamızda ilk dəfə iqtisadiyyatın solluğu (sağlığı) indeksi ilə bağlı nəzəri məktəbin əsası qoymuş və tədqiqatçılarımıza iqtisadi fəaliyyət sahələrinin rəqabətqabiliyyətlilinin iqtisadiyyatın dövlət tənzimlənməsindən asılılığını müəyyən etməyə və müvafiq təkliflərini verməyə şərait yaratmışdır. İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ- Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Tədqiqat işində də bu metodikadan geniş istifadə edilərək, Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinin iqtisadiyyatın dövlət tənzimlənməsindən asılılığının orta səviyyədə olduğu müəyyən edilmişdir. Lakin, dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinin artırılması, dövlətin bu sahəyə güzəştli maliyyə dəstəyindən və xarici invetsorlar üçün yaradılan münbit investisiya mühitindən asılı olduğundan, təsiredici amillər nəzərə alınmaqla xarici ticarətin liberallaşdırılması dəniz nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir. Elmi seminarda dünya üzə dəniz nəqliyyatının inkişaf meyillləri haqqında ümumi məlumatlar əks etdirilərək qeyd edilir ki, dəniz nəqliyyatı dünyanın istənilən regionunda yaranan iqtisadi-siyasi dəyişikliklərə daha tez cavab verərək, dünya iqtisadiyyatında xüsusi istehsal fəaliyyəti kimi sifarişçiyə xidmət fünksiyaları göstərməklə dəniz ticarətinin artımına səbəb olan aparıcı sahələrdən biridir. Burada, beynəlxalq ticarətdə qlobal liman əməliyyatlarının əsasını təşkil edən dəniz nəqliyyatı beynəlxalq əlaqələrin və dünya ticarətinin fiziki həcminin 80%-ni, dəyər ifadəsində isə 70%-ni təşkil edərək, dünya ticarətinin inkişaf səviyyəsinə daha çox təsir edən sahələrdən biri kimi, pandemiyadan ən çox ziyan çəkmiş sahələrdən olduğu, UNİCTAD-ın 2020-ci il üzə hesabatları əsasında təhlil edilmişdir. Pandemiya ilə əlaqədar olaraq uzun müddət gəmi heyyətinin dəyişdirilməməsi və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq dənizçilərin sertifikatlaşdırılması, zərərli qazların dəniz suyu ilə təmizlənməsi üçün tələb olunan qurğuların dünyanın əksər ölkələrinin gəmilərində quraşdırılmasının başa çatdırılmaması ilə bağlı pandemiya dövründə yaranmış problemlərin dəniz nəqliyyatının fəaliyyətində yaratdığı məhdudiyyətlər izah olunmuşdur.

Müəllif Koronavirus (COVID-19) pandemiyasının dünya əmtəə ticarətinə və dəniz ticarətinə təsirini təhlil edərək, Covid-19 pandemiyasının dünya əmtəə bazarlarının konyukturası kontekstində dəniz nəqliyyatı üzrə xarici ticarətinin inkişaf tendensiyaları üzərində təsirini araşdırmışdır. Pandemiyanın dünya ixracatı və idxalatının dinamikasına, dəniz nəqliyyatı üzrə əmtəə ticarətinə təsiri, mal və xidmətlər ticarət balansındakı dəyişiklikləri ətraflı təhlil edərək, 2020-2025-cü illərdə xarici ticarətin göstəricilərinə dair proqnozlar vermiş, Covid-19 pandemiyasının təsiri nəticəsində region ölkəlrdə (Şərqi Asiya, Keçid iqtisadiyyatı olan ölkələr, Latın Amerikası, Qərbi Asiya və Şimali Afrika, Cənubi Asiya və Afrika ölkələri) ixrac və idxalın dinamikasının dəyişməsini müqayisə edərək qiymətləndirmişdir.
Elmi Seminarda Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda nəqliyyat sektoru üzrə yükdaşıamalara təsirinin təhlili və qiymətləndirilməsinı aparan tədqiqatçı, Azərbaycan Respublikası üzrə Vahid Nəqliyyat Sisteminə daxil olan bütün nəqliyyat növləri üzrə yükdaşımaların dinamikasını 2010-2020-ci illər üzrə statistik mənbələr əsaında tərtib edərək təhlil etmişdir. Burada COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan Respublikasında ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalması hesabına ölkə üzrə iqtisadi artıma təsiri Eviews-10 proqram paketində qiymətləndirilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Vahid Nəqliyyat Sistemi üzrə pandemiya hesabına dəymiş ziyan ən çox avtomobil nəqliyyatında müşahidə edilmişdir. Dəniz nəqliyyatı və hava nəqliyyatı üzrə yükdaşımalar isə 2020-ci ilin 2-ci yarısından başlayaraq artdığından, digər sahələr istisna olmaqla həmin sahələrdə yükdaşımaların həcmində 2020-ci il üzrə artım müşahidə edilmışdır.
Tədqiqatçı Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmişdir. Müəllif Azərbaycanda ən böyük gəmişilik şirkəti olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması və ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının maliyyə-təsərrüfat fəaliyyətini, həmçinin Dəniz nəqliyyatı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların mövcud vəziyyətini geniş təhlil edərək qiymətləndirmişdir. Burada, hər iki donanmanın gəlr, xərc və xərc elementləri statistik məlumatlar əsasında 2008-2019-cu illər üzrə təhlil edilmiş, Xəzər Dəniz Neft Donanması üzrə verilmiş aksiyalara kapital qoyuluşlarının riski, donanmanın mənfəətinin 2008-2019-cu illər üzrə faktiki mümkün məbləğinin səpələnməsi və mənfəətin gözlənilən həcminin müqayisəsi əsasında qiymətləndirilmişdir. Həmçinin, Eviews-10 proqram paketindən istifadə etməklə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-2019-cu illərin birinci və ikinci yarımilliyi üzrə dövlət büdcəsinə ödənilmiş ƏDV, mənfəət vergisi, torpaq vergisi, əmlak vegisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verqi, ödəmə mənbəyindən tutulan vergi, qeydiyyata alınmayan qeyri-rezident üzrə odənilmiş məbləğə hesablanmış ƏDV ödənişləri ilə büdcə gəlirləri arasındakı reqressiya analizi aparılaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin vergi növləri üzrə vergi ödənişlərinin büdcə gəlrlərinə tisirinin qiymətləndirilmiş, hesablanmış və ödənilmiş vergilərin ümumi gəlirdə payının Azərbaycan Beynəlxal Dəniz Ticarət Limanı ilə müqayisəsi aparılmışdir.
Müəllif Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsirinin qiymətləndirərək, ümumilikdə nəqliyyatın rəqabətqabiliyyətlilik indeksi üzrə metodoloji izah vermiş, logistikanın Səmərəlilik İndeksi, beynəlxalq daşımaçılıq indeksi və Limanların beynəlxalq rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycanın mövqeyini təhlil etmiş, pandemiyanın bu indeksə təsirini proqram pketində qiymətləndirmişdir. Həmçinin, Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətinin iqtisadiyyatın dövlət tənzimlənməsindən asılılığnıı, iqtisad elmləri doktoru professor Nazim Müzəffərlinın iqtisadiyatın solluğu (sağlığı) indeksi haqqında metodologiyasına uyğun olaraq qiymətləndirimiş və müvafiq tövsiyyələrini vermişdir..
Elmi Seminarda, Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatının beynəlxalq yükdaşımalarda üstün və zəif cəhətlərinin qiymətləndirilməsi məsələsinə geniş önəm verən müəllif “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının beynəlxalq sularda istismar edilən 14 ədəd gəmisinin istismarı ilə bağlı məsələləri, BDT-nın tələblərini, respublikamızın gəmilərinin beynəlxalq sulara çıxışının yalnız Volqa-Don kanalı vasitəsilə mümkün olmasının və bu kanalın məhdudiyyətləri haqqında təhlillərini nümayiş etdirərək, beynəlxalq sularda yükdaşımalrdan yüksək gəlir əldə edilməsi məqsədi ilə beynəlxalq yükdaşımalarda gəmiçiliyin üstün və zəif cəhətlərini qiymətləndirmişdir.
Elmi Seminara təqdim edilmiş tədqiqat işi üzrə ümumən, COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsiri təhlil edilərək qiymətləndirilmiş və əldə edilmiş nəticələr üzrə təkliflər irəli sürülmüşdür. Tədqiqat nəticəsində Azərbaycanın iqtisadiyyatında dəniz nəqliyyatının inkişafının mövcud problemləri aşkar edilərək müəyyən edilmişdir ki, dəniz nəqliyyatının səmərəliliyinin yüksəldilməsi istiqamətində ölkəmizin dünya nəqliyyat sisteminə inteqrasiyası prosessində ən mühüm məsələlərdən biri, dəniz nəqliyyat xidmətlərinin optimal ixracının təmin edilməsidir. Bu baxımdan, tədqiqat işində əldə edilmiş nəticə və təkliflərin həyata keçirilməsi, Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatının inkişafının səmərəliliyinin yüksəldilməsinin sistemli həllinə töhvə verə bilər.
Müəllif apardığı tədqiqat işlərini “Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı və liman infrastrukturunun inkişaf perspektivləri” haqqında hazırladığı monoqrafiyasına əlavə edərək rəyçilərə təqdim etmişdir. Bütün bu məlumatlar kitabda daha geniş şəkildə izah edilmişdir.

Elmi Seminar və seminardakı təqdimatlar üzrə slaydlarla aşağıdakı linkdən tanış olmaq olar.

http://economics.com.az/index.php/tedbirler/t-dbirl-r/item/2104-izhtisadiyyat-institutunda-koronavirus-pandemiyas-n-n-daeniz-naezhliyyat-na-taesirlaerinae-haesr-olunmush-elmi-seminar-kedzhirilib.html

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button