Siyasət

Cəlal Arutyunyan “canlı ölü” kimi yatır

44 günlük müharibədə ordumuzun dəqiq zərbə ilə sıradan çıxardığı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın sağaldığı haqda məlumatlar yalan çıxıb.

Bir neçə gün öncə Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib. Ermənistan rəsmiləri iddia edirlər ki, o, sağalıb və mühüm vəzifəni icra etmək qabiliyyətindədir.

Lakin erməni mənbələr Arutyunyanın Eribuni Tibb Mərkəzinin reanimasiya şöbəsində huşsuz vəziyyətdə yatdığını yazırlar.

Erməni neyrocərrah Marina Xaçatryan da Arutyunyanın sağalmaq ehtimalının az olduğunu deyib.

“Generalın ağır beyin zədəsi var, bu qədər tez sağalması və vəzifəyə başlaması inandırıcı deyil”- erməni həkim bildirib.

Asif Nərimanlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button