Cəmiyyət

“Erməni faşizmi” kitabı ingilis dilində nəşr olunub

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Erməni faşizmi” (Armenian fascism) kitabı ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitabın müəllifi Türkiyənin Ərciyəs Universitetinin erməni dili və ədəbiyyatı fakültəsinin professoru Qafar Çaxmaqlıdır.

Kitab ingilis dilinə Səfər Səfərli və Bəhruz Orucov tərəfindən tərcümə edilib.

Müəllif kitabda erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin nələrdən ibarət olduğunu aşkara çıxarmaq baxımından tarixi faktlar ortaya qoyur. Kitabda erməni faşizminin kökləri araşdırılır, onun bugünkü Ermənistanda əsas ideologiyaya çevrilməsindən bəhs edilir və bunun ölkədə ayrı-ayrı fərdlərə, bütün cəmiyyət mənsublarına təlqin olunduğu bildirilir.

Kitabın ingilis dilinə tərcümə edilməsi erməni faşizmi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. AZƏRTAC

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button