Cəmiyyət

Fəridə Hicran Ağdam ziyalıları ilə görüşdü

16 mart 2021-ci il tarixdə saat 15-00 da Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayonu Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə zoom proqramında Azərbaycanın folklorşünas alimi, filologiya elmləri üzrə fəlsəfə doktoru,AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Türk xalqları ədəbiyyatı”şöbəsinin aparıcı elmi işçisi,”Tərəqqi”medallı, gözəl şairəmiz Fəridə Hicran ilə görüş keçirildi.Tədbiri giriş sözü ilə Ağdam rayonu Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərzadə açdı və görüşü aparmaq üçün sözü Zəngişalı kənd Mədəniyyət Evinin direktoru Fikrət Əliyevə verdi..Fəxri qonaqları və tədbirin təşkilatçılarını salamladıqdan sonra torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Sonra Ağdam rayon Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənovun fəxri qonağa və tədbir iştirakçılarına salamlarını çatdırdı.Fikrət müəllim bildirdi ki, Azərbaycan folkloru Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir.Zəngin Azərbaycan şifahi xalq ədəbiyyatı, dünyanın başqa xalqlarının folkloru arasında özünəməxsus yer tutmaqla, Azərbaycan ədəbiyyatının əsasını təşkil edir.Ədəbiyyatımızda folklorun çox janrları var: sayaçı sözlər, laylalar,oxşamalar, bayatılar, atalar sözləri, məsəllər, qoşma və gəraylılar, tapmacalar, ağılar, nağıl və əfsanələr,mif və dastanlar və s.folklor nümunələri zamanın sınağından çıxmış əsərlərdir.Görüşün mövzunu izah etdikdən sonra F.Əliyev sözü Ağdam rayonunun ziyalısı Sevda Zeynalovaya verdi.Sevda xanım Fəridə xanımla bir yerdə keçən uşaqlıq illərindən, Fəridə xanımın elm sahəsində qazandığı uğurlardan söhbət açdı.Sonra söz Ağdam rayon Mədəniyyət Mərkəzində çalışan Aynurə Əlizadəyə verildi.Fəridə xanım Aynurə Əlizadə ilə bir nəslə mənsub olduqlarını bildirdi.Aynurə xanım tanınmış folklorşünas alimimizə fəaliyyətində uğurlar arzuladı.Tədbirin aparıcısı Fikrət Əliyev növbəti sözü böyük məmnuniyyətlə professor, filologiya elmləri doktoru Vüqar Əhmədə verdi.Görkəmli filoloqumuz ədəbiyyatımızda folklorun əhəmiyyətindən,janr müxtəlifliyindən,xalq yaradıcılığının məhsulu olan folklorumuzun ədəbiyyatımızın bütün sahələri üçün tükənməz bir baza olduğundan ,şair və yazıçılarımızın əsərlərinin onlardan qaynaqlandığından söz açdı.Fəridə Hicranın elmi araşdırmalarının mövzusunun mifoloji mətnlər olduğunu,bu sahədə uğurlu elmi nəticələr əldə etməsini vurğuladı.Eyni zamanda, Vüqar Əhməd Fəridə xanımın folklorumuza çox bağlı olmasını,alim kimi yaxşı tədqiqatçı olmaqla, onu həm də gözəl insan kimi dəyərləndirdi.Görüşdə qonaq qismində iştirak edən, Türkiyədə Qarabağ hadisələrinin təbliğatçısı Seyfəddin Ayakaya, Ağdam rayon Mədəniyyət Mərkəzinin işçisi Aynurə Cəfərova,şair İlqar Boranoğlu, mədəniyyət işçilərindən İkram Qələndərli, kitabxana işçilərindən Gülbəniz xanım söz alaraq, Fəridə xanım Hicranla görüşdən məmnun olduqlarını,ona böyük elmi uğurlar arzuladıqlarını bildirdilər.Tədbirin təşəbbüskarı və aparıcısı F.Əliyev bildirdi ki, çox sevindirici haldır, xalqın min illər boyu yaratdığı bu folklor inciləri bu gün də yaşayır, öyrənilir, təbliğ edilir.Bu işi görən alimlərimiz var,buna görə onlara minnətdarıq.Bu sıradan tanınmış folklorşünas alimimiz Fəridə Hicran qonağımızdır.Özünün elmi araşdırmalarının, xalq yaradıcılığının incəliklərinin bizə məlum olmayan tərəfləri haqqında məlumat verəcəkdir.Fəridə xanım Azərbaycan folklorunun zənginliyindən,yaranma tarixindən,insanın təbiət qüvvələrinə təsir göstərmək arzusundan doğan miflərdən söz açdı.Tədbir iştirakçılarının suallarını cavablandırdı.Görüşün sonunda Fikrət müəllim möhtərəm prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə Fəridə xanımı təbrik etdi.Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi adından və şəxsən öz adından dəyərli folklorşünas Fəridə xanıma və görkəmli ədəbiyyatşünas alimimiz Vüqar Əhmədə görüşdə iştirak etdiklərinə görə təşəkkür etdi.Ağdam rayonu mədəniyyət işçilərinin Azərbaycanın tanınmış elm xadimləri ilə keçirilən görüşlərin çox müsbət rezonans doğurduğunu xüsusi vurğuladı və belə görüşlərin davam edəcəyini bildirdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button