İqtisadiyyat

KOBİA və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsi arasında görüş keçirilib

Görüşdə Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib.
Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button