Cəmiyyət

Polşadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub

Polşanın paytaxtı Varşavadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub.

Analoq.az xəbər verir ki, azərbaycanlıların deport olunmasına səbəb yerli miqrasiya qanunlarını pozmaq, yaşamaq izni ilə bağlı dövlət qurumlarına yanlış məlumat vermək olub.

Polşadan çıxarılan azərbaycanlılardan 5-i ümumiyyətlə ölkədə gizlin yaşayıblar.

Qeyd edək ki, son dövrlər bir sıra Avropa ölkələrindən deportasiya olunan azərbaycanlıların ölkədən çıxarılma səbəbi Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. Report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button