DünyaSiyasət

G7 ölkələri Rusiyanın aktivləri ilə bağlı planlarını açıqlayıb

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərdən əldə olunan gəlirlərin Ukraynanın xeyrinə yönəldilməsi ilə bağlı Avropa İttifaqının irəli sürdüyü təklifləri alqışlayır. Bunu Vaşinqtonda keçirilən görüşün yekunlarına görə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri bildiriblər.

Qeyd olunur ki, G7 dövlətləri Ukrayna münaqişəsində dəymiş ziyana görə Moskvadan təzminat alana qədər Rusiyanın suveren aktivlərini dondurulmuş vəziyyətdə saxlayacaqlar. Bundan əlavə, G7 liderləri Böyük Britaniya və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları təsdiqləyiblər.525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button