Cəmiyyət

Yeni sədr Elxan Məmmədovun qardaşıdır

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamıyla Emin Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Analoq.az xəbər verir ki “Qafqazinfo” yeni sədrin kim olduğunu araşdırıb.

E. Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimidir. O, həm də qalereya sahibidir. E. Məmmədov ötən il Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü mükafatıyla təltif edilib.

“Azərxalça” ASC-nin yeni sədri yaradıcı nəslin nümayəndəsidir. Onun atası Səlhab Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı və professordur. O, Berlində “Xocalı” abidəsi və Romada “Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır.

E. Məmmədov AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun qardaşıdır.

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov həbs edilib. O, vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəməkdə ittiham edilir.  Qafqazinfo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button