Region

Yevlax rayonunun Tanrıqullar kəndinin baxımsız vəziyyətdə olan yolları-VİDEO

Yevlax rayonunun Tanrıqullar kəndinin əsas yolunun bərbad gündə olması barədə Analoq.az-a kənd sakinləri məlumat veriblər.

Kənd sakinlərinin verdiyi məlumata görə 1970-1980 ci illərdə çəkilən yol illərdir baxımsız vəziyyətdədir. Yararsız halda olan yol insanlarla yanaşı hərəkət edən avtomobillərində gediş-gəlişinə narahatlıq yaradır.

Övldını məktəbə yollamaq istəyən sakinlər gündəlik gediş-gəlişdən əlavə heç xəstələrinə təcili tibbi yardım belə çağıra bilmirlər.Buna səbəb də yuxarıda qeyd etdiyimiz kimi yolların istifadəyə yararsız olmasədır.

Tanrıqullar kəndi Yevlax rayonunun ən böyük kəndidir. Kənddə olan orta məktəb və xəstəxana 30-40 il bundan qabaq tikilsə də, bu günə qədər heç biri bir dəfə də olsun təmir olunmayıb.

Daha ətraflı videoda:

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button