İqtisadiyyat

Türkiyə lirəsi xeyli ucuzlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Mərkəzi Bankın sədrini qəfil işdən çıxarandan sonra lirə 15-17 faiz ucuzlaşıb.

Analoq.az  xəbər verir ki, martın 22-də səhər bir dollar 8.36 lirəyə bərabər olub. Ötən həftənin sonunda bu göstərici 7.21 idi.

Bu eniş tədiyyə balansında böhran riski yaradır. Türkiyə mediası bəzi yerli bankların xarici valyuta və qızıl mübadiləsini dayandırdığını xəbər verir.

Martın 19-da Prezident Ərdoğan Mərkəzi Bankın rəhbəri Naci Ağbalı vəzifədən çıxarıb, onu hakim partiyanın keçmiş üzvü Sahap Kavcıoğlu ilə əvəzləyib.

Kavcıoğlu 2019-cu ilin ortasından bəri Mərkəzi Bank rəhbərliyinə gətirilmiş üçüncü şəxsdir. O, Ağbalın sərt siyasətini tənqid edib.

Ekspertlər deyirlər ki, lirənin zəifləməsi ölkədə inflyasiyanı gücləndirə bilər. XəzərXəbər

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button